Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətən Müharibəsi şəhidi Elnur Məmmədovun ailəsi ziyarət edildi

0

  •       Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun müvafiq sərəncamına əsasən, qazi və şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların problemləri ilə maraqlanılır.         Bu gün Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş Elnur Məmmədovun Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məskunlaşmış ailəsi, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev və Xocalı rayon Kosalar kənd tam orta məktəbi kollektivinin bir qrup üzvü tərəfindən ziyarət edildi. Görüş zamanı şəhidimizin ailə üzvlərinə başsağlığı verildi. Bildirildi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu xalqımız üçün əzizdir. Onların ailə üzvlərinə dəstək olmaq, köməklik göstərmək hər birimizin borcudur.         Qeyd edək ki, şəhidimizin bizlərə yadigar qalan övladları - Vahid və Yusif Xocalı rayon Kosalar kənd tam orta məktəbində təhsil alırlar. Onların təhsilinə məktəb rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib45 dəfə
    Vətən Müharibəsi şəhidi Elnur Məmmədovun ailəsi ziyarət edildi

    Maraqlı gələ bilər
    58
    72
    55
    44
    48
    29
    45
    44
    48